“ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və onun vitse-prezidenti Ceyms Devid Vins respublikaçıları hökumətin maliyyələşməsini genişləndirmək məqsədilə ikitərəfli razılaşma əldə etməyə inandırmağa çalışırlar”.
Yenicag.az “Associated Press”ə istinadla xəbər verir ki, bu sözləri Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.
Onun sözlərinə görə, Respublikaçılar bu ikitərəfli razılaşma ilə siyasi oyunlar oynamağı dayandırmalıdırlar, əks halda, onlar zəhmətkeş amerikalılara zərər verəcək və ölkə daxilində qeyri-sabitlik yaradacaqlar.
O əlavə edib ki, razılaşmanın rədd edilməsi təbii fəlakətlərdən zərər çəkmiş fermerlərə və icmalara yardımın dayandırılmasına səbəb olacaq.
Qeyd edək ki, ikitərəfli razılaşma, hökumətin maliyyələşdirilməsini 14 mart 2025-ci ilə qədər uzadır. Agentliyin verdiyi məlumata görə, bu, qanunvericilər arasında böyük fikir ayrılıqlarına və respublikaçıların tənqidlərinə səbəb olub. Trampın yeni Hökumətin Səmərəliliyi Departamentinin rəhbəri vəzifəsinə namizədliyi irəli sürdüyü “Tesla” və “SpaceX” qurucusu İlon Mask isə yazıb ki, bu qanun layihəsi qəbul edilməməlidir.
Konqresin hər iki palatası dekabrın 21-dək razılaşmanı təsdiq etməlidir.
www.yenicag.az