!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kartof və soğan bahalaşdı: Ekspert qiymət artımının davamlı olacağını proqnozlaşdırır - RƏY

!Reklam – Yazi

“Azərbaycanda azad bazar iqtisadiyyatı ilə bağlı rəqabət probleminin hələ də yaşanması qiymətlərin daha da baha olmasını formalaşdırır”.

Bu sözləri son günlər kartof və soğanın qiymətinin kəskin bahalaşmasına münasibət bildirən iqtisadçı Eldəniz Əmirov Yenicag.az-a açıqlamasında deyib.

İqtisadçıya görə, dünyada baş verən siyasi və iqtisadi proseslər kənd təsərrüfatı məhsullarının qiymətinə təsirsiz ötüşmür. Azərbaycanın dünya iqtisadiyyatının bir parçası olduğunu nəzərə alsaq, mövcud vəziyyətin ölkəmizə də mənfi təsiri başadüşüləndir:

“Ötən ilin sonlarından başlayaraq dünyada inflyasiya göstəriciləri artmağa başlayıb. Bu fonda bütün sahələrdə olduğu kimi kənd təsərrüfatı məhsullarının qiymətində də bahalaşma yaşanıb. Hətta BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) dünyada ərzaq qiymətlərinin 20-22 faiz civarında bahalaşması ehtimalını bildirib. Digər tərəfdən Rusiya və Ukrayna arasında gedən münaqişə qiymət artımına daha da təsir edib.

Azərbaycana gəlincə, ölkəmizdə kartof və soğan istehsalı əvvəlki illərlə müqayisədə artsa da, daxili tələbatı tam ödəyə bilmir. Bazara kartofun xaricdən idxalının da mövcudluğunu nəzərə salsaq, hazırda idxalın həcmi azalıb. Bununla yanaşı, idxal olunan ölkələrin özündə də kartofun qiyməti qalxıb. Azərbaycanda azad bazar iqtisadiyyatı ilə bağlı rəqabət probleminin hələ də yaşanması qiymətlərin daha da baha olmasını formalaşdırır. Belə ki, məhsulun əkin sahəsindən satılan marketə qədər logistik fəaliyyətinin və eyni zamanda, vasitəçilərin sayının çox olması son istehlak qiymətini yüksək səviyyədə formalaşdırır. Ona görə də bu gün bazarlarda kartof və soğanın qiymətində bahalaşma müşahidə olunur”.

Gülşən Şərif

COP29

www.yenicag.az

795
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv