“KBR” və “SOCAR” arasında saziş imzalandı

media-hightechnic-468x90

SOCAR_logosBu gün “KBR” şirkəti ilə SOCAR arasında mühəndislik xidmətləri üzrə birgə müəssisənin təsis edilməsi haqqında saziş imzalanıb.

Yenicag.az apaa-ya istinadən xəbər verir ki, sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “KBR” şirkətinin prezidenti və baş icraçı direktor Stüart Bredi imzalayıb.

R. Abdullayev bildirib ki, yaradılan yeni müştərək müəssisə ən müasir dünya standartları səviyyəsində fəaliyyət göstərəcək və yaxşı bir əməkdaşlıq nümunəsi olacaq. Qeyd olunub ki, geoloji kəşfiyyat və hasilat, neftin emalı, saxlanılması və nəqli, neft və neft məhsullarının təkrar emalı və satışı üzrə layihələrin icrasında mühəndislik (texniki-layihələndirmə) və tikinti xidmətləri təmin etmək məqsədilə yaradılan yeni müəssisə öz fəaliyyətində SOCAR-ın zəngin tarixə malik qabaqcıl təcrübəsindən və “KBR” şirkətinin bilik və peşəkarlığından yararlanacaq.

Baş ofisi Bakıda yerləşəcək yeni müəssisə Azərbaycanda dünya standartlarına uyğun müxtəlif layihələr həyata keçirəcək.

“KBR” şirkətinin prezidenti və baş icraçı direktor Stüart Bredi isə qeyd edib ki, mühəndislik şirkətinə əsas etibarilə yüksək potensiala, bilik və bacarığa malik azərbaycanlı mütəxəssislər cəlb olunacaq: “Davamlı şəkildə təlim və tədris proqramları həyata keçiriləcək, şirkət öz təcrübəsini, sistemlərini, proses və prosedurlarını yeni yaradılmış müəssisədə tətbiq edəcək”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600