KDÇ uğursuz təcrübəyə ÇEVRİLDİ: FIFA-nın “qlobal turnir” planı niyə ALINMADI?

media-hightechnic-468x90

“Görünən odur ki, Klublararası Dünya Çempionatı istənilən effekti vermədi”.

Bunu Yenicag.az-a açıqlamasında tanınmış idman jurnalisti Natiq Muxtarlı deyib.

media-1624954146_natiq-muxtarli

Müsahibimiz ABŞ-də keçirilən FIFA Klublararası Dünya Çempionatının effektiv nəticə verməməsinin səbəblərini izah edib.

Onun sözlərinə görə, baxmayaraq ki, FIFA başqa cür düşünür, hər şeyin uğurlu olduğunu deyir:

“Amma FIFA belə deməyə məcburdur, çünki gələcək turnirlər üçün sponsorlar tapmaq çətin olacaq. Ancaq reallıq odur ki, KDÇ maraq kəsb etmir. Bəlkə də, FIFA turnirin yerini düzgün seçmədi. ABŞ-də oyunlara maraq olduqca azdır. Üstəlik, bir çox oyunların Avropa vaxtı ilə gecə yarısı keçirilməsi ona televiziya marağını da azaldıb. Bundan əlavə, qarşılaşmaların keyfiyyəti də yüksək deyil. Mövsümöncəsi yoxlama oyunları səviyyəsindədir”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, Avropanın bir çox liqaları artıq bu turnirə etiraz edirlər:

“İspaniya La Liqasının prezidenti Xavyer Tebas bildirib ki, KDÇ milli çempionatların sisteminə böyük zərbə vurur. La Liqa təmsilçiləri turnirdə irəli getsələr, İspaniya çempionatının startında bəzi oyunlar təxirə salınacaq. Bu da ciddi problemlər yardır. Eyni narazılıqlar digər ölkələrdən də gəlir. FIFA nə qədər “hər şey yaxşıdır” desə də, hər şey yaxşı deyil. Güman ki, bunu FIFA rəhbərliyi araşdıracaq”.

O, əlavə edib ki, KDÇ-nin ilk turniri istənilən ajiotajı yaratmadı:

“Gələcək turnirlərə maraq kəskin az ol bilər. Belə olsa, FIFA-nın gəlirləri azalacaq. Gəlirlər azalsa, bu turniri keçirməyin mənası olmayacaq. Çünki FIFA-nı pul maraqlandırır. Bu tip turnirlər pul naminə təşkil edilir. Bəs bu turniri harada keçirmək olar ki, maraq cəlb etsin? Hansısa Avropa ölkəsinin buna maraq göstərəcəyini düşünmürəm. Ərəblər bunda maraqlı ola bilərlər. Amma orada da azarkeş marağı aşağıdır”.

“Qalır Yaponiya, Cənubi Koreya və Çin. FIFA bu ölkələrlə danışıqlar apara bilər. Bütün hallarda turnirlə bağlı dəyişikliklər olmalıdır. Ola bilsin ki, komanda sayı da azaldılsın. ABŞ-də keçirilən turnirə nəzərə salsaq, proqnoz verə bilərik ki, bu sistemlə turnirin gələcəyi yoxdur. FIFA gələcək turnirlər üçün maliyyə tapmalıdır. Əksə halda, bu turnir təşkilatın özünə yük olacaq”, – deyə o, fikirlərini tamamlayıb.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600