Keçmiş cərrah ABŞ prezidentliyinə namizəd olacaq

media-hightechnic-468x90

downloadAmerikalı keçmiş neyro-cərrah, respublikaçı Ben Karson 2016-cı il seçkilərində ABŞ prezidentliyinə namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib. Yenicag.az modern.az-a istinadən xəbər verir ki, o deyib ki, ölkə qarşısında duran məsələlərin həllində iştirak etmək istəyir: “Ona görə ABŞ prezidentliyinə namizədliyimi irəli sürəcəyimi elan edirəm”.

Karson prezidentlik uğrunda yarışa rəsmən bu gün anadan olduğu Miçiqan ştatının Detroyt şəhərində keçiriləcək tədbirdə qoşulacaq.

Karson 1987-ci ildə ilk dəfə siam əkizlərinin ayrılması ilə bağlı uğurlu əməliyyat keçirən cərrah kimi məşhurdur. 2008-ci ildə oğul Corc Buş onu prezidentin Azadlıq medalı ilə mükafatlandırıb. Onun məşhurluğu ilə bağlı film çəkilib.

ABŞ-da prezident seçkiləri 2016-cı ilin noyabr ayında keçiriləcək. İndiki demokrat-prezident Barak Obama qanuna görə 3-cü müddətə namizədliyini irəli sürə bilməz. Bu seçkilərdə demokratların ən şanlı namizədinin keçmiş dövlət katibi Hillari Klintonun olacağı gözlənilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa