Keçmiş komandirdən ilginc açıqlama

media-hightechnic-468x90

9627Milli Qvardiyanın keçmiş komandiri polkovnik Əzizağa Süleymanovun cəbhədəki son vəziyyətlə bağlı fikirlərini oxuculara təqdim edirik:

“Bu günlər ölkə hüdudlarından kənarda olduğumdan cəbhədəki son gərginliklə bağlı öz mövqeyimi bildirmək imkanından məhrum olmuşam. Ona görə də bəri başdan bu günlər ərzində cəbhə bölgəsində öz vəzifə borcunu layiqincə yerinə yetirib şəhid olan qəhrəman övladlarımızın valideynlərinə dərin hüznlə başsağlığı verirəm, şəhidlərimizə Allahdan rəhmət diləyirəm.

Hal-hazırda orduda xidmət etməsəm də ətraflı məlumatım var və əminliklə bildirmək istəyirəm ki, ordumuz mükəmməl gücə malikdir. Bu gün Vətən torpaqlarının düşmən hücumundan müdafiə olunması üçün demək olar ki, heç bir çatızmazlığımız yoxdur. Eyni zamanda bütün cəmiyyətimiz də müharibə ovqatına köklənib və hamı Ali Baş Komandanın Müqəddəs Savaşla bağlı verəcəyi əmri gözləyir.
Birinci Qarabağ savaşından fərqli olaraq etibarlı müdafiə sistemindən, qibtəediləcək hərbi təchizatdan və silah-sursat-texnika bolluğundan əlavə peşəkar hərbi kadrlarımızın çoxluğu da qarşıdakı qələbəmizdə öz sözünü deyəcək. Müharibənin odundan-alovundan keçmiş generallarımızdan başqa son vaxtlar NATO standartlarına uyğun yüksək peşəkarlıqla hazırlanmış minlərlə zabitimiz erməniyə qan uddurmaq üçün Müqəddəs Savaşı gözləyir.

Ordumuzun cəbhə bölgəsinin bir hissəsində yerləşən hərbi hissələrinə rəhbərlik edən korpus komandiri general-leytenant Rövşən Əkbərovla hərbi təhsil ocaqlarının birində tələbə yoldaşı olmaqla bərabər cəbhə bölgələrində də müəyyən döyüş yolları keçmişik. Tam əminliklə deyə bilərəm ki, Rövşən Əkbərovun bu günlərdə ermənilərə verilən qulaqburmasıyla bağlı telekanallarda söylədikləri sətiraltı fikirlər həqiqəti əks etdirir.
Belə hesab edirəm ki, bu gündən etibarən ordumuzun rəhbərliyi bütün cəbhə boyu mütamadi olaraq hərbi təlimləri ön cəbhə xəttində davam etdirməli, bir qarış da olsa ərazilərimizi düşmən əlində qalmasına imkan verməməlidir. Biz döyüş yolu keçmiş döyüşçülər də hər an hazır olmalıyıq ki, Ali Baş Komandanın göstərişiylə müdafiə nazirinin əmri əsasında səfərbər olaq. Əlimizdən gələn köməkliyi, keçmiş döyüş təcrbəmizi ordumuzdan əsirgəməyək.

Şəxsən mən 200-dən artıq Milli Qvardiyanın keçmiş xüsusi təyinatlıları ilə cəbhə bölgəsinin istənilən nöqtəsində düşmənin döyüş mövqeyinə hücum etməyə hazıram.”

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600