Keçmiş nazir parlamentə sərxoş vəziyyətdə gəldi – QALMAQAL / VİDEO

media-hightechnic-468x90

Polşa parlamentinin deputatı və ölkənin sabiq daxili işlər naziri Bartolomey Senkeviç qalmaqalla diqqət mərkəzinə düşüb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, hazırda müxalifətçi “Vətəndaş platforması” partiyasından parlamentin deputatı olan Bartolomey Senkeviç ali qanunverci orqana içkili vəziyyətdə gəlib.

Onun bu hərəkəti həmkarlarının heyrətinə səbəb olsa da, keçmiş nazir deputatlıq fəaliyyətini “layiqincə” yerinə yetirməyə çalışıb.

O, hakim partiyanın parlamentdəki fraksiya rəhbəri Boris Budkonun çıxışı zamanı tribunaya yaxınlaşıb və rəqibinə məlumat çatdırmaq istəyib.

Budko isə yerindən qalxaraq Senkeviçi zaldan çıxarmağa cəhd göstərib.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa