Keçmiş vəzifə sahiblərinin KRESLO HƏSRƏTİ: Yenidən rəis olmaq istəyən Çərkəz Şirinovu qabağa çəkən kimdir?
Keçmiş vəzifə sahiblərinin müxtəlif səbəblərdən kreslolarını itirdikdən sonra yenidən müxtəlif vəzifələrə gəlməyə çalışması təəccüblü deyil. Bu onlaırn keçmiş günlərinin xiffətini çəkməsindən qaynaqlanır.
Yenicag.az xəbər verir ki, belə sabiq vəzifəlilərdən biri də “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Mərkəzi Aran Regional İdarəsi rəisinin işləmiş Çərkəz Şirinovdur.
Haqqında cinayət işi açılmış Ç. Şirinova hakim Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2 maddəsini əsas götürərək cinayət işinə xitam verib və Çərkəz Şirinov cinayət məsuliyyətindən azad edilib. Maraqlısı isə sözügeıdn maddənin nədən bıəhs etməsidir.

Belə ki, Azərbaycan Respublikasının CM 73-1.2 maddəsində deyilir: Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Çərkəz Şirinova şamil edilmiş Azərbaycan Respublikasının CM 73-1.2 maddəsin də aydın görünür ki, o, yuxarıda sadalanan cinayəti törədib, cinayət nəticəsində vurulmuş ziyanı tam ödədikdən, ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödədikdən sonra cinayət məsuliyyətindən azad olub.
Bir vaxtlar rəhbərlik etdiyi qurumu xaosun kandarına gətirmiş, idarəetməni şəxsi təsərrüfatına çevirən Çərkəz Şirinovun yenidən “müdir kreslosu”nu arzulaması isə qəbuledilməzdir.
Əldə etdiyimiz məlumata görə, Çərkəz Şirinovun Mərkəzi Aran Regional İdarəsinin direktoru təyin edilməsinə çalışanlardan biri KTN Aparatının Daxili nəzarət və audit şöbəsinin müdiri Bəhruz Əzizidir. İddialara görə, Bəhruz Əzizi Çərkəz Şirinovun direktor təyinatını nazir Məcnun Məmmədovdan gizli şəkildə həyata keçirmək istəyir. Çünki gənc və prespektivli nazir olan Məcnun Məmmədovun Çərkəz Şirinov kimi keçmişdə müxtəlif korrupsiya cinayətlərində adı hallanmış birinin yenidən eyni vəzifəyə təyin edilməsinə icazə vermə ehtimalı aşağıdır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.












