!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Keçmişdə var olan ŞOK MƏSLƏKLƏR: İnsanlar bunu etdiyi üçün... – ARAŞDIRMA

!Reklam – Yazi

İnsanlar 100-150 il əvvəl bu gün aktual olan işlərlə məşğul olmurdular. Məsələn, hal-hazırda karyera seçimləri genişdir. Tibb, texnologiya, hüquq, mühəndislik və s. kimi yüzlərlə seçim var. Amma keçmişdə bu qədər peşə növləri olmadığı üçün əhali sözün əsl mənasında “daşdan pul çıxarırdılar”. Belə ki, onlar bu qeyri-adi peşələri icra edərək pul qazanırdılar.

Yenicag.az ötən əsrin ən qəribə 5 peşəsini təqdim edir.

Müasir isitmə-soyutma sistemləri yaranmadan öncə insanlar göl və çaylardakı buz parçalarını kəsərək, azuqələrini onun içində yıxıb saxlayırdılar. Buz kəsmək 1800-1900-cu illər arasında çox populyar və eyni zamanda təhlükəli bir iş olub. Nəhəng mişarlarla buz kəsmək kişilərin o dövrlərdə gəlir mənbəyi halına çevrilib.

Çağdaş tibb yaranmadan öncə insanlar anatomiyanı fərqli yollarla öyrənib. Belə ki, o zamanlar məzarlıqdan cəsədlər oğurlamaq bir peşə halına çevrilib və onu icra edən insanlara “dirilişçilər” adı verilib. Həmin oğurlanan cəsədlərin üzərində əməliyyatlar aparılıb və anatomiya ilk dəfə bu cür araşdırılıb.

Eynilə günümüzdə olduğu kimi o vaxtlarda da küçələri işıqlandırmaq üçün fənərlərdən istifadə olunub. Lakin fərq ondadır ki, o zamanlar hələ elektrik və tok lampalar istifadə olunmurdu. Buna görə də şüşə çərçivələrin içində şamlar yandırılırdı. Həmin işi müəyyən şəxslər icra edirdi. Onların vəzifəsi bundan ibarət idi ki, hər gecə həmin şamları yandırmalı və səhər də söndürməliydi.

Bu gün insanlar erkən oyanmaq üçün zəngli saatlardan istifadə edir. Amma ötən əsrlərdə bu vəzifəni müəyyən şəxslər icra edib. Yəni zəngli saat funksiyasını yerinə yetirən insanlar hər gün evlərin qabağından keçərək fit çalıb və ev yiyəsini oyandırıb. Bu işi icra edən şəxslər “knocker uppers” adlanıb.

Hal-hazırda marketlərdə, köşklərdə, bir sözlə hər yerdə tütün məmulatları satılır. Amma əvvəllər siqaretləri qız işçilər satıb. Belə ki, açıq-saçıq, cazibədar geyimli qadınlar boyunlarından üzərində siqaretlər olan taxta podnosları asırdılar və almaq istəyənlər yalnız onlardan ala bilirdi. Daha sonra isə siqaret aparatları kəşf edilib və həmin qızlara ehtiyac qalmayıb.

Şahanə Paşa

COP29

www.yenicag.az

396
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv