Kəlbəcər şəhidlərinə abidə qoyuldu

media-hightechnic-468x90

çççMüdafiə Nazirliyinin ünvanına çoxsaylı məktublar göndərilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən hərbi vətənpərvərlik həftəsi çərçivəsində Göygöl rayonu ərazisində Murovdağ şəhidlərinin xatirəsinə abidə ucaldılıb.

Şəhid ailələri bu təşəbbüsünə görə Müdafiə Nazirliyinin ünvanına xeyli minnətdarlıq məktubları göndəriblər.

Şəhid zabiti leytenant Böyükzadə Elşən Böyük oğlunun atası məktubunda oğlunun 1994-cü il fevral ayının 11-də Kəlbəcər rayonunun azad olunması döyüşlərdə Yanşuq kəndində düşmən gülləsinə tuş gələrək həlak olduğunu və cəsədi təhvil verilmədiyi üçün məzarı olmadığını deyib.
“20 ildən artıqdır ki, oğlum Elşənin yad edilməsi üçün hara gedək, bilmirdik. İndi Göygöl rayonunun Toğana yaşayış məntəqəsində Kəlbəcər şəhidlərinə qoyulan abidə artıq biz valideynlərin nigarançılığına son qoydu və biz lazım gəldikdə təsəlli tapmağa abidəni ziyarət edə bilərik”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600