!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kəlbəcərdə ermənilərin alban-udilərlə mübahisəsi - VİDEO

!Reklam – Yazi

Bu gün Alban-udi xristian icmasının nümayəndələri Kəlbəcərdə səfərdə olublar.

Yenicag.az xəbər verir ki, onlar səfər çərçivəsində Xudavəng monastr kompleksini də ziyarət ediblər.

Ziyarət zamanı monastrda erməni keşişlərin də olduğu məlum olub. Onların burada ibadətlərini yerinə yetirmək üçün müraciət etdikləri və buna icazə verildiyi müəyyənləşib.

Amma Alban-udi xristian icmasının nümayəndələri ibadət etmək istəyərkən erməni keşişlərlə aralarında mübahisə yaranıb.

Belə ki, erməni keşişlər onların ibadətinə yalnız çəkiliş olmadan icazə veriləcəyini bildiriblər. Daha sonra mübahisə öz həllini tapıb və alban-udilər ibadətlərini ediblər.

www.yenicag.az

781
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv