Kəmaləddin Heydərov Horadizdə vətəndaşları qəbul edəcək
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 30 yanvarda Horadiz şəhərində, Muğam Mərkəzinin inzibati binasında saat 11:00-dan vətəndaşları qəbul edəcək.
Qəbulda Füzuli, Ağcabədi, Beyləqan və Xocavənd rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşların qeydiyyatı Muğam Mərkəzinin inzibati binasında 29 yanvara saat 09:00-da başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.