!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Kənandan müğənnilərə sərt sözlər: “Tərbiyəni tərbiyəsizdən öyrən” - VİDEO

!Reklam – Yazi

Rejissor Kənan MM müğənnilərin ünvanına sərt fikirlər səsləndirib.

Yenicag.az xəbər verir ki, o övladlarını müğənni kimi görmək istəməyən şou əhlini qınayıb:

“Mövlananın sözü var, deyir ki, tərbiyəni tərbiyəsizdən öyrən. Villası, biznesi olan müğənni çıxıb deyir ki, heç vaxt qoymaram oğlum yaxud da qızım bu sənətlə məşğul olsun. Yalan deyir, bu sözlərlə o, öz sənətini yerə vurur”.

Kənan film çəkmək istədiyini, lakin, maliyyə imkanlarının məhdud olduğunu deyib:

“Bu il bir ssenari vermişəm, ümid edirəm dövlət hesabına mən də nəsə çəkəcəm. Ortaya bir sual çıxır, mən də çəkməyim, kim çəksin? Bu mənim Mədəniyyət Nazirliyindən son istəyimdir. Hamımız getsək, kim qalacaq? Biz buranın çörəyini yemişik, burda yoğrulub xəmirimiz. Ad istəmirəm, heç nə istəmirəm. Sadəcə dövlət hesabına film çəkmək istəyirəm”.

ARB-nin “Şou Nyus” verilişindən olan görüntüləri təqdim edirik.

Nehru

www.yenicag.az

5922
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv