“Kəndlərin boşaldılması xəbəri də tamamilə yanlışdır”

media-hightechnic-468x90

загруженное“Qazaxın bəzi kəndlərinin boşaldılması ilə bağlı yayılan məlumatlar əsassızdır”.
Bunu jurnalistlərə açıqlamasında rayon icra başçısının müavini Tahir Musayev deyib.

“Düzdür cəbhədə atışma olur. Dünən ermənilər saat 19:00-dan başlayaraq ara-sıra mövqeylərimizi atəşə tutmuşdular. Lakin əsgərlərimiz onlara layiqli cavab verirlər. Heç bir kənd boşaldılmayıb”.

Qeyd edək ki, bəzi kütləvi informasiya vasitələrində bildirilir ki, Qazax rayonunda, təmas xəttində şiddətli döyüşlər gedir. Rayonun cəbhəyə yaxın ərazisində iki kənd boşladılır. Əsasən qadınlar və uşaqlar kəndlərdən köçürülür.

Müdafiə Nazirliyindən də yayılan xəbərlərin yalan olduğunu bildiriblər. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı açıqlamasında bildirib ki, hazırda bütün cəbhə xətti boyunca Azərbaycan Ordusunun əsgərləri vəziyyətə tam nəzarət edirlər.

Cəbhədəki vəziyyət müdafiə naziri general-polkovnik Zakir Həsənovun şəxsi nəzarəti altındadır. Düşmənin açdığı hər bir atəşə həbrçilərimiz cavab verir. Düşmən tərəfindən xeyli itkilər var. Cəbhə xətti boyunca isə mövqeylərdə heç bir dəyişiklik olmayıb. “Kəndlərin boşaldılması xəbəri də tamamilə yanlışdır”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600