!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Kəpəz” “Zirə” ilə, “Sumqayıt” isə “Neftçi” ilə qarşılaşacaq

!Reklam – Yazi

Azərbaycan Premyer Liqasında 16-cı turun oyunları keçirilir.

Yenicag.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.

Əvvəlcə “Kəpəz” Tovuzda “Zirə”ni qəbul edəcək. Günün digər oyunu “Sumqayıt”la “Neftçi” arasında baş tutacaq.

Daha öncə “Səbail” “Araz-Naxçıvan”a uduzub (0:2), “Sabah” – “Qarabağ” matçında (1:1) qalib müəyyənləşməyib. Tura sabah keçiriləcək “Turan Tovuz” – “Şamaxı” oyunu ilə yekun vurulacaq.

Premyer Liqa
16-cı tur
8 dekabr

16:00. “Kəpəz” – “Zirə”
Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Teymur Teymurov, Əli Əliyev.
Tovuz şəhər stadionu.

18:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Cavid Cəlilov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

www.yenicag.az

241
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv