“Nə etmişəmsə, insanlıq xatirinə etmişəm. Amma onu bağışlamamışam”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov hazırda həbsdə olan keçmiş həyat yoldaşı Təranə Səmədova ilə bağlı danışarkən “Rəngarəng səhər” verilişində deyib.
O, Təranəni heç vaxt bağışlamayacağını bildiib:
“İnsan əgər sənə ağlaya-ağlaya yalvarırsa, getməliydim. Və nə vaxtsa sənin də ağlayıb, Allahdan ədalət istədiyin vaxtlar olub, ki, mən vuruluram, bu qədər təhqir olunuram və heç nə də edə bilmirəm. Allahım onu mənə möhtac elə, kəlməsini mən deyib, mən Allahdan istəmişəm. İnsanlıq xatirinə etmişəm”.
Nehru
www.yenicag.az