Kəşfiyyat məlumatları təhlil etmək üçün neyron şəbəkədən istifadə edəcək

media-hightechnic-468x90

ABŞ kəşfiyyat orqanları süni intellekt “ChatGPT” ilə çatbota bənzər kəşfiyyat məlumatlarının əldə edilməsi və təhlili üçün proqram hazırlayır.

Yenicag.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Mərkəzi Kəşfiyyat İdarəsi, analitiklərə ictimaiyyətə açıq olan kəşfiyyat məlumatlarına daha yaxşı çıxış imkanı vermək üçün süni intellektdən istifadə edəcək şirkətin məşhur “OpenAI” proqramına bənzər öz xidmətini təqdim etməyə hazırlaşır.

Başlanma vaxtı və proqramın yerləşəcəyi platforma ilə bağlı təfərrüatlar hələ açıqlanmayıb. Yeni alətin Amerika kəşfiyyat sistemini təşkil edən bütün 18 agentliyin istifadəsinə veriləcəyi gözlənilir.

Qeyd olunub ki, bu, siyasətçilər və ya ictimaiyyət üçün əlçatan olmayacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600