Kiçik və orta sahibkarlığı xilas etmək üçün…

media-hightechnic-468x90

imagesYusif Bağırzadə: “Biznes Ombudsmanı institutu yaradılmalıdır”

“Azərbaycanda Biznes Ombudsmanı yaradılmalıdır. Çünki otra və kiçik biznesin devalvasiyaya duruş gətirməsi çətin məsələdir. Onların çətinliyə duruş gətirməsi üçün Biznes Ombudsmanı institutu təsis edilməlidir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında AMİP sədri Yusif Bağırzadə dedi: “Hər bir biznes orqanında hər hansı nazirlik tərəfindən aparılan yoxlamalar vahid reyestrdə qeyd olunsun. Bu yolla bu və ya digər şirkətdə nazirliklər tərəfindən ayda neçə dəfə yoxlama aparılması və onun nəticələri barədə Biznes Ombudsmanı da məlumatlı olur. Belə məlumatlar Biznes Ombudsmanının əlində olur, o da bununla bağlı prezidentə hesabat verir. Vahid reyestr sistemi şəraitində kiçik və orta biznes sahələri də azad nəfəs ala bilərlər. Ona görə biznes strukturlarında yoxlama aparan nazirliklərdən əlavə, alternativ bir qurum da olmalıdır ki, bu funksiyanı da Biznes Ombudsmanı həyata keçirə bilər”.

ELÇİN

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600