Kilian Mbappe rekord qırıb tarixə düşdü

media-hightechnic-468x90

Kilian Mbappe Fransa millisinin tarixinə düşüb.

Yenicag.az xəbər verir ki, forvard AVRO-2024-ün seçmə mərhələsinin 4-cü turunda Yunanıstanı məğlub etdikləri görüşdə (1:0) qol vurmaqla buna nail olub.

Penaltidən fərqlənən hücumçu bununla da yığmadakı qollarının sayını 40-a çatdırıb. Mbappe Fransa millisinin tarixində bu saya ən tez çatan (24 yaş 6 aylığında) futbolçu olub.
Bu, eyni zamanda onun 2022/23 mövsümündə bütün yarışlarda 54-cü qolu olub. PSJ-nin heyətində 56 oyuna 41 dəfə fərqlənən oyunçu millidə daha 13 qol vurub.

Beləliklə, Mbappe bir fransalı futbolçunun eyni mövsümdə vurduğu qollar üzrə yeni rekord müəyyənləşdirib. Əvvəlki nailiyyət 1958-ci ildə 53 qol vuran Jüst Fontenə məxsus idi.

Mbappe həm də Fransa millisində 40 qol həddinə çatan 5 futbolçudan biri olub. Mişel Platini 41, Antuan Qrizman 43, Tiyeri Anri 51, millinin bombardiri Olivye Jiru isə 54 qol vurub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa