Türkiyənin Kilis şəhərinin Suriyanın Afrin bölgəsindən raket atəşinə tutulduğunu xəbər vermişdik.
Yenicag.az xəbər verir ki, ilkin məlumatlarda hadisə nəticəsində 8 nəfərin yaralandığı, onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilirdi. Son məlumatlara görə, məscidə düşən raket mərmisi ölümlə də nəticələnib. Belə ki, 2 nəfərin öldüyü bildirilir. Yaralı sayı isə 11-ə çatıb.
Qeyd edək ki, insident yerli vaxtla saat 18:10 radələrində qeydə alınıb. Şəhərə 2 raket raket atılıb, onlardan biri şəhərin mərkəzindəki məscidə düşüb.