Kim Çen İn generalları işdən qovdu

media-hightechnic-468x90

ABŞ prezidenti Donald Tramp ilə görüşə hazırlaşan Kim Çen İn orduda “təmizlik” işləri aparıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ rəsmilərindən biri məlumat verib. Məlum olub ki, Kim Çen İn aralarında baş qərargah rəisi olmaqla, 3 ali rütbəli generalı ordudan uzaqlaşdırıb. Bununla da kifayətlənməyən diktator müdafiə nazirinin də işinə xitam verib və onun müavinini bu vəzifəyə təyin edib.

Cənubu Koreya mətbuatında yayımlanan xəbərlərə görə, Kim Çen İn bu addımlarla diplomatik sahədə həyata keçirəcəyi yeniliklərə zəmin hazırlayır.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600