“Kim dövləti aldatmaq istəsə, “qara paltarlı oğlan” onun yanında dayanacaq” – Millət vəkili

“Bu gün Milli Məclisin iclasında adına torpaq sahəsi olanların işsiz kimi birdəfəlik yardım ala bilməməsindən danışdım”.

Yenicag.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə özünün “Facebook” hesabında yazıb.

Millət vəkili adına torpaq sahəsi olan vətəndaşların 190 manat məbləğində olan müavinəti ala bilməməsini haqsızlıq adlandırıb:

“Bildirdim ki, işsiz kimi qeydiyyatdan keçən yüz minlərlə insanın hər biri aylıq birdəfəlik 190 manat müavinət alır.

Ancaq bəzi vətəndaşlarımız adına torpaq sahəsi olduğuna görə, onlar bu proqramdan istifadə edə bilmir. Hər bir torpaq sahəsi olan şəxs sahibkar ola bilmir və bəzi vətəndaşlarımızın topaqları istifadəsizdir.

Təklif etdim ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu məsələni nəzarətə götürsün. Kənd Təsərrüfatı Nazirliyinin hər rayonda idarəsi var. Qoy onlar hansı torpaq sahələrinin istifadə edilib-edilməməyi ilə bağlı araşdırma aparsınlar”.

Millət vəkili qeyd edib ki, bu məsələdə vətəndaşlar kimlərinsə saxtakarlıq etmələrindən narahat olmasınlar:

“Kim dövləti aldatmaq istəyəcəksə, qara paltarlı oğlan mütləq onun yanında dayanacaq”.

COP29