Kim Kardaşyana görə kanal 600 min cərimələndi
Kanala 600 min türk lirəsi cəza verdilər
Türkiyənin “Haberturk” kanalında yayımlanan “Tarixin arxa otağı” adlı verilişdə tarixiçi Murat Bardakçının erməni əsilli televiziya ulduzu Kim Kardaşyan haqqında dediyi sözlərə görə bu kanala rekord məbləğdə cəza verilib.
Türkiyə Radio və Televiziya Üst Qurulu (RTÜK) kanala 600 min lirə cəza kəsib.
Açıqlamaya görə, verilişdə erməni müğənni Şarl Aznaurun “Sur ma Vie” adlı mahnısının verilməsindən sonra izləyicilərin yazdığı sərt mesajlara qarşı Murat Bardakçının reaksiyası daha sərt olub.
Murat Bardakçı ona ünvanlanan “erməni musiqisini necə səsləndirə bilərsiniz?” iradlarına cavab olaraq, “fransız musiqisidir. Musiqi fransızca, ifaçı ermənidir. Axmaqsınız siz? Kim Kardaşyanın bədənini seyr edirsiz, əndamına baxırsınız, amma o da ermənidir, onda onu da seyr etməyin” deyib.
Verilişdə televiziyada səsləndirilməsi qadağan olan ifadələr işlədildiyi, insan qüruruna hörmət etmədiyi, insanlara qarşı “kobud, vulqar” sözlərdən istifadə edildiyi üçün kanala 600 min lirə pul cəzası kəsilib. (big.az)