!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Kitab bizim ilk dostumuzdur!” - Gənclər Fondunun layihəsi

!Reklam – Yazi

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 10-cu qrant müsabiqəsi çərçivəsində qalib olmuş “Kitab bizim ilk dostumuzdur!” adlı layihənin icrası yekunlaşıb.

Yenicag.az xəbər verir ki, Binəqədi Gənclər evində yazarlarla 25 gəncin görüşü keçirilib. Layihə rəhbəri Aytən Yusifzadə son zamanlar kitab oxuyanların sayının azalmasından danışaraq Gənclər Fonduna belə layihələrə verdiyi dəstək üçün təşəkkürünü bildirib. O bildirib ki, layihənin əsas məqsədi gənclərin bədii və elmi ədəbiyyata maraqlarının artırılmasıdır. Layihə çərçivəsində hazırlanan və gəncləri mütaliəyə həvəsləndirən videoçarx təqdim olunub. Aytən Yusifzadə onu da bildirib ki, gənclərdə kitab oxumaq ənənələrinin inkişaf etdirilməsi və onların maarifləndirilməsi məqsədi ilə yazarlarla görüşün keçirilməsi də nəzərdə tutulub.

Tədbirdə yazıçı İbrahim Rüstəmli, şair Elçin Mirzəbəyli və yazıçı Kənan Hacı iştirak edib.

Qeyd olunub ki, Azərbaycan gənclərinin bədii və elmi ədəbiyyata marağı tarixin müxtəlif dövrlərində fərqli olub. Lakin Azərbaycan ədəbi və elmi mühiti hər zaman dünyaya öz töhvəsini verib. Bildirilib ki, gənclərin bədii və elmi ədəbiyyata maraqlarının artırılması üçün ədəbi və elmi ədəbiyyatın müəllifləri tanıması vacibdir. Vurgulanıb ki, kitab oxumaq bəziləri üçün gərəksiz, bəziləri üçün sadəcə hobbi, bəziləri üçünsə olmazsa olmazlardan biridir. Hər kitab fərqli şeylər öyrədir, fərqli duyğular hiss etdirir, fərqli həyatlar sərgiləyir, fərqli dünyalara aparır

Tövsiyyə olunub ki, yaxşı yazan müəlliflərin əsərlərini oxumaq lazımdır. Əsas oxunmuş kitabların çoxluğu deyil, məhz başa düşülən kitabların çoxluğudur.

Sonda Aytən Yusifzadə deyib ki, gənclərlə yazarların tanışlığı onlarda ədəbi mühitə maraq yaradacaq və gənclərin kitab oxumağı yaxşı adət olacaqdır.

Yazarlar gənclərin suallarını da cavablandırıb.

COP29

www.yenicag.az

1713
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv