Azərbaycan Mədəniyyətinin təbliğində diasporun rolu mövzusunda tədbir keçirilib.
Yenicag.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə baş tutub.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan diasporu İnformasiyya mərkəzində keçirilən tədbirdə layihə rəhbəri, tələbələri və gənc fəallar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri T.Allahverdiyev tədbir iştirakçılarına Azərbaycan Diaspor Təşkilatlarının fəaliyyətindən, Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliğindən və diaspor nümayəndələrimizin gördüyü işlərdən danışıb.
Layihə rəhbəri xaricdə fəaliyyət göstərən Azərbaycan diasporlarının mədəniyyətimizin inkişafında böyük rolu olduğunu qeyd edib.
O bildirib ki, Azərbaycan Respubilkasının prezidenti Yanında Gənclər Fondunun, Diasporlarla İş üzrə Dövlət Komitəsinin, Leyla xanım Əliyevanın rəhbərlik etdiyi Rusiyada fəaliyyət göstərən Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Azərbaycan mədəniyyətinin və Azərbaycan reallığının ölkədən kənarda yayılmasında böyük xidmətləri var.
T.Allahverdiyev qeyd edib ki, diaspor təşkilatlarının əsas fəaliyyəti başda “Xocalı soyqırımı” olmaqla, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdan ibarətdir.
Azərbaycan Diasporu fəaliyyət göstərdiyi 25 ilə yaxın bir müddət ərzində dünyada “Xocalı soyqırımı”nın tanıdılmasında ölkəmizin beynəlxalq arenada tanıdılmasında mühüm işlər görüb.
www.yenicag.az