“Ukrayna Rusiyanın tələblərini qəbul etməyəcək”.
Bu sözləri Rusiya-Ukrayna müharibəsinin gedişi və ABŞ-nin atacağı addımları Yenicag.az-a dəyərləndirən politoloq Zərdüşt Əlizadə deyib.
Onun sözlərinə görə, Trampla Putin arasındakı dialoq müharibənin taleyinə ciddi təsir edəcək:
“Hər şey Trampla Putinin söhbətindən asılıdır. Əgər Tramp görsə ki, Putin onun təkliflərini qəbul etmir, özünü həddən artıq ötkəm aparır, əminəm, Ukraynaya lazımi qədər silah-sursat verəcək ki, vəziyyəti neytrallaşdırsın. Putinin tələbləri beynəlxalq hüquqa ziddir. Putin açıq şəkildə bildirir ki, haranı tutublarsa, Rusiyanın olmalıdır. Hətta Ukrayna 4 vilayətin işğal edilməmiş hissələri də Rusiyaya verilməlidir tələbi var. Bunlar çox absurd tələblərdir. Bunu Ukrayna qəbul etməyəcək. Tramp isə Ukraynanın mənafeyini müdafiə etmir. Ancaq görsə ki, Rusiya ABŞ-nin tələblərinə məhəl qoymur, mövqeyini sərtləşdirə bilər”.
Səxavət Məmməd
www.yenicag.az