Reklam

Reklam

klickoo yixildiiUkrayna paytaxtının meri Vitali Kliçko velosipedlə işə gedərkən yıxılıb.

Bu barədə AzVision.az “Vesti.ua”ya istinadən xəbər verir.

“Kliçkonu cangüdənlər müşayiət edirdi, lakin onlar da meri ikitəkərli nəqliyyat vasitəsi üçün uyğunlaşdırılmayan Kiyev yollarından qoruya bilmirlər”, – deyə nəşrin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Kliçko velosipedlə səkiyə tullanmaq istəyəkən yıxılıb. Hadisə şahidlərinin sözlərinə görə, ətrafdakılar Kliçkoya kömək etməyə cəhd etsələr də, Kiyev meri özü yerdən qalxıb, üstünü təmizləyib və yoluna davam edib.

Qeyd edək ki, Kliçko aprelin 19-dan işə velosipedlə gedir. Jurnalistlərin məlumatına görə, mer “Gocycle” velosipedindən istifadə edir. Onun dəyəri 4,5 min avrodur.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 158
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."