Aparıcı və aktrisa Fidan Axundova 18 il öncə keçirdiyi kliniki ölümdən danışıb.
Yenicag.az xəbər verir ki, o, dəm qazından boğulduğunu və həyatla ölüm arasında çarpışdığını bildirib:
“2005-ci ildə dəm qazından boğuldum. Kliniki ölüm keçirdim. Hiss edirdim ki, başımın arxasından tutub sanki tunelin içərisində sürünürəm. Hamı kliniki ölüm keçirdiyi zaman qaranlıq tunel gördüyünü deyir, amma mən ağ tunel görürdüm. Xatırlayıram ki, ağ işıqlar yanırdı və ağ geyimdə kölgələr keçirdi. Dünyasını dəyişən bacımı gördüm, o, sinəmdən itələdi və dedi: “Hələ yox”. Onun sinəmdən itələməyi ilə həyata qayıdışım eyni ana düşdü. Həyata qayıtdım. Görünür, həyatda missiyam hələ tamamlanmamışdı və Allah mənə davamlı yaşamağı qismət elədi”.
Nehru
www.yenicag.az