!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Köçəryan məhkəməyə gəlmədi

!Reklam – Yazi

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın və daha üç keçmiş yüksək vəzifəli məmurun – Armen Gevorkyan, Yuri Xaçaturov və Seyran Ohanyanın cinayət işi üzrə məhkəmə prosesi Antikorrupsiya Məhkəməsində davam etdirilib.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, Köçəryan məhkəməyə gəlməyib.

Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyan jurnalistlərə açıqlamasında deyib ki, keçmiş prezient məhkəmə iclası barədə bildiriş almayıb:

“Köçəryan sentyabrın 18-dən xaricdə səfərdədir və bu, məhkəmə iclası təyin olunmamışdan əvvəl planlaşdırılıb. Yaxın günlərdə keçmiş prezident qayıdacaq və bildiriş aldıqdan sonra lazımi qaydada məhkəmə qarşısına çıxacaq”.

Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan, baş nazirin keçmiş müavini Armen Gevorkyan, keçmiş müdafiə naziri Seyran Ohanyan və Baş Qərargahın keçmiş rəisi, həmçinin KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov Ermənistan Cinayət Məcəlləsinin 300.1-ci maddəsi (Konstitusiya quruluşunun dəyişdirilməsi) ilə ittiham olunurlar.

COP29

www.yenicag.az

161
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv