Koloradoda girovlara dəstək aksiyasına HÜCUM – Yaralananlar VAR

media-hightechnic-468x90

ABŞ-nin Kolorado ştatında israilli girovlara dəstək məqsədilə keçirilən yığıncaqda hücum törədilib.

Yenicag.az xəbər verir ki, insident zamanı “Azad Fələstin” şüarı səsləndirən şəxs aksiyanın iştirakçılarına “Molotov kokteyli” atıb. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.

BBC-nin məlumatına görə, hücum Denver şəhərindən 30 mil (təxminən 48 km.) aralıda yerləşən məşhur açıq məkan olan “Pearl Street Mall”da baş verib. Polis insident nəticəsində 52-88 yaş aralığında olan 8 nəfərin müxtəlif dərəcəli yanıq xəsarətləri aldığını açıqlayıb.

ABŞ Federal Təhqiqat Bürosu (FTB) hadisəni şübhəli terror aktı kimi qiymətləndirib. Bildirilib ki, hücum zamanı “Molotov kokteyli” və digər alovlandırıcı maddələrdən istifadə olunub.

Araşdırmalar nəticəsində hücum edən şəxsin 45 yaşlı misirli Məhəmməd Sabri Soliman olduğu müəyyən edilib.

Göycə Göycəyev

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600