Bu gün Türkiyənin Bursa şəhərində Türk Dövlətləri Təşkilatının II Diaspor Forumunun açılış mərasimi keçirilir.
Yenicag.az xəbər verir ki, Türk Dövlətləri Təşkilatının (TDT), Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) ev sahibliyi ilə keçirilən mərasimində Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dövlət qurumlarının, Bursa valiliyinin və Böyükşəhər Bələdiyyəsinin rəsmi şəxsləri, diaspor və qeyri-hökumət təşkilatlarının rəhbərləri, elm xadimləri və ekspertlər iştirak edirlər.
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türk Dövlətləri Təşkilatının II Diaspor Forumunda iştirak etmək üçün Türkiyədə səfərdədir.
www.yenicag.az