!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Komitədə BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüş keçirildi 

!Reklam – Yazi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Qadınlar təşkilatının (UN Women) Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru Belen Sanz Lüklə görüşüb.

Yenicag.az xəbər verir ki, tanışlıq və əməkdaşlıq məqsədilə keçirilən görüş zamanı gender bərabərliyinin təmin edilməsi, qadınların iqtisadi səlahiyyətləndirilməsi, eləcə də qadınların sülh və təhlükəsizlik sahəsində fəaliyyəti istiqamətində qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) irəli gələn məsələlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə BMT-nin Azərbaycandakı Nümayəndəliyinin rezident-əlaqələndiricisi Vladanka Andreeva, BMT-nin Qadınlar təşkilatının Gürcüstandakı nümayəndəsi və Cənubi Qafqaz üzrə əlaqələndiricisi Kaori İşikava, eləcə də Komitənin sədr müavini Sədaqət Qəhrəmanova iştirak ediblər.

COP29

www.yenicag.az

193
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv