“Kompromis üçün vaxt qalmayıb”

media-hightechnic-468x90

gfhfghgfhgfuyuyj“Ukraynanın şərq vilayətlərində olacaq problemlərə görə hazırkı rəhbərliyin də məsuliyyəti var”.

Bu sözləri açıqlamasında ukraynalı politoloq Aleksey Blüminov deyib.

O, hazırda Ukraynanın şərqində baş verən hadisələrdə Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının daha aktiv rol oynadığını deyib:   “Mən o şəxslərdənəm ki, hələ də mərkəzlə ölkənin şərq vilayətinin elitası arasında danışıqların aparılmasını istəyirəm. Hazırda mərkəzin onlara təqdim edəcəyi şeylər şərqliləri qane etmir. Burada təkcə Rusiyanın xaricdən təsiri ilə olacaq hadisələrdən danışmaq lazım deyil. Ölkənin daxilində olan səbəbləri də istisna etməmək gərəkdir. Ölkənin gələcəyi ilə bağlı Ukrayna post-maydan görünüşü özünün çizdiyi rəsmdə əks etdirib. Bu rəsmdə isə Ukraynanın şərq vilayətləri və onun əhalisinin maraqları özünə yer almayıb. Onlar hər şeyi qərarlaşdırıblar və heç bir etiraz qəbul etmirlər. Şərq vilayətlərinin fikrini öyrənmək isə heç kimin marağında deyil. Buna görə də mən bu ölkənin gələcəyinə hazırkı sərhədlər çərçivəsində skeptik baxıram. Kompromis üçün vaxt qalmayıb, bunun üçün heç istək də yoxdur. Əgər onlar inqilab edib onun qaydaları ilə hərəkət etmək istəmirlərsə, o zaman onların yerinə tezliklə başqa inqilabçılar keçəcəklər”.

Qeyd edək ki, bir müddət öncə saytımıza açıqlamasında Aleksey Blüminov Ukraynada Maydanın yalnız şərq vilayətlərinin də istəkləri nəzərə alındığı halda qələbə qazanacağını bildirmişdi(axar.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600