Kondisionerli tabutlar Bakıya gətirildi – Video
Türkiyədə 10 ildir ki, istehsal olunan kondisionerli tabutlar artıq Azərbayana da ixrac edilir.
Bununla bağlı şirkətin səlahiyyətli nümayəndəsi Faruk Öz Bakıya gəlib. Əsasən Ərəb Ölkələri və Asiya ölkələrində bu tabutlara maraq xüsusilə çoxdur. Məlumunuz olsun ki, bu tabutlarda temperatur mənfi 5 dərəcəyə qədər ola bilər. İnsan cəsədi bu tabutlarda maksimum bir həftə qalsa, belə heç bir problem yaranmır. Elektriklə işləyən tabutun üst hissəsində xüsusi nəzarət pəncərəsi yerləşdirilib.
Həmin pəncərədən meyidə baxmaq mümkündür. Üzərinə quraşdırılan yaddaş kartı vasitəsilə azan və dini musiqilər dinləmək olur. Artıq bu tabutların ikisi paytaxtda özəl klinikalara nümunə üçün verilib. Şirkət təmsilçisi Faruk Öz ümid edir ki, iki ölkənin dini dəyərləri bir-birinə daha yaxın olduğundan, bu tabutlar Azərbaycanda da geniş yayılacaq.
Kondisionerli tabutların istehsalında əsas maraq mərhumu torpağa dəfn etmədən qabaq hər hansı bir qohumu və ya yaxınının uzaq ölkədən gəlib çatmağını gözləmək üçündür. Yəni cəsəd tam olaraq dərmansız-filansız bir həftəyə qədər tabutda saxlanıla bilər. Artıq bu cür tabutları ölkəmizdə görmək mümkün olacaq.
Şirkət təmsilçisi Faruk Öz onu da əlavə etdi ki, artıq bu cür tabutlar Türkiyədə çoxdan mövcuddur. Səhiyyə Nazirliyinin qoyduğu qanuna əsasən xəstəxanadan 30 km uzaqlıqda yerləşən evlərə meyidlər bu cür tabutlarla aparılır.