Konstitusiya Məhkəməsində növbəti qərar qəbul edildi

media-hightechnic-468x90

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Yenıcga.az-a bildirilib ki, məhkəmə iclasında Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 509.1-ci maddəsinin həmin Məcəllənin 520.7-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsinin müraciətini və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmənin, Azərbaycan Respublikasının Prokurorluğunun, Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının professoru, hüquq elmləri doktoru M.Qəfərovun və həmin kafedranın dosenti, hüquq elmləri doktoru Ə.Qasımovun rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 520.2-ci maddəsinə və Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 509.1.1–509.1.8-ci maddələri ilə nəzərdə tutulmuş məsələlərlə bağlı qəbul edilmiş məhkəmə qərarından zərər çəkmiş şəxsin apellyasiya və ya kassasiya şikayəti vermək hüququ istisna edilir.

Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsindən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 383.1.5, 409.4, 520.7-ci maddələrinin müddəalarından irəli gələrək, hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında baxılan məsələlərə dair qəbul edilmiş məhkəmə qərarları yalnız zərər çəkmiş şəxsin mənafelərinə toxunduğu hallarda, zərər çəkmiş şəxs həmin qərarlardan apellyasiya və kassasiya şikayəti vermək hüququna malikdir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600