!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Konstitusiyamız bizi qoruya bilir? - İslahatlar və məsuliyyətlərə fərqli baxış

!Reklam – Yazi

Bu gün Azərbaycanda Konstitusiya günü qeyd edilir.

Konstitusiyalar, yüz illər boyu vətəndaş-dövlət münasibətlərinin müəyyən çərçivəyə salınması məqsədi ilə ortaya çıxmışdır. Tarixən bir sıra dövlətlərdə istifadə edilən müxtəlif siyasi idarəetmə sistemləri, xalq və dövlət arasında fikir ayrılıqlarına gətirib çıxarmışdı. Tarix sübut etmişdir ki, hüququn üstünlüyü və ya konstitusion sistemin bərqərar olmadığı dövlətlərdə, insanların təbii hüquqlarının istismar edilməsi baş verir. Konstitusiyanın olmaması  siyasi xaosa, dövlətlərin çöküşünə gətirib çıxarır. Məhz buna görə, konstitusiyanın yaradılmasının əsas məqsədi, hüquq dövlətinin yaradılmasıdır.

Konstitusiya (constitutio —quruluş) — Dövlətin ərazisində ən yüksək hüquqi qüvvəyə malik xüsusi hüquqi sənəd, ali qanundur.   

Konstitusiya, Azərbaycan Respublikası Prezidenti H.Əliyevin hakimiyyəti dövründə, xalqın iradəsinin ifadəsi, Sovet rejiminindən qurtuluşun nəticəsi kimi 1995-ci ildə 12 noyabr referendumunda qəbul edilmişdir.

Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilən referendumla qəbul olunub. Azərbaycan Müstəqillik əldə etdikdən sonra yeni Kostitusiyanın hazırlanması zərurəti meydana çıxıb. Bunun üçün prezident Heydər Əliyevin rəhbərliyi ilə xususi komissiya yaradılıb, Konstitusiya layihəsi ümümxalq müzakirəsinə çıxarılıb. 1996-cı il fevralın 6-da prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan edilib.

 

Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edcən ilk Kostitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət olub. Bu gün Azərbaycan vətəndaşları konstitusiya ilə onlara verilən hüquqlardan tam yararlana bilərlər.

Ölkənin həyatında Konstitusiyanın rolu danılmazdır, -ictimai həyata qaydalar gətirir, vətəndaşların dövlətlə olan münasibətlərini tənzimləyir və cəmiyyətdə insanın yerini müəyyən edir. 

Ali qanunun mahiyyəti, insanla dövlət arasında ilk öncə insanın maraqlarına, onun irəli getməsinə, potensialının inkişafına qulluq edən munasibətlər modelinin formalaşmasından ibarətdir. 

Siyasi, hüquqi ideya və dəyərlərin yayılması vasitəsi ilə cəmiyyətin həyatına təsir göstərir, dövlətin güclü özünü identifikasiya resursuna çevrilərək, beynəlxalq arena və ölkə daxilində mövqeləndiriməsinə qulluq edir.  

Konstitusiyanın ideoloji mahiyyəti kimi, ictimai şüurun formalaşdırılmasını qeyd etmək olar. Onun müddəaları özü də, ictimai şüurun bir hissəsinə çevrilməlidir, insanlar ali qanunun qaydalarına görə yaşamalıdırlar.         

Konstitusiya, dövlətin davamlı və stabil inkişafını təmin edən ən üstün normativ hüquqi aktdır.

 

Bəs  bu günə kimi Azərbaycanın neçə Konstitusiyası mövcud olub?

 

Məlum olduğu kimi, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.

Azərbaycanın dövlətinin birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib.

Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib.

Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da müəyyən özünəməxsusluğa malik idi.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1994-cü ildə Prezident Heydər Əliyev  sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycanın Respublikasının ilk Konstitusiyası qəbul olundu.

Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.

Konstitusiyaya ilk əlavə və dəyişikliklər 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 26 sentyabr 2016-cı ildə referendum yolu ilə edilib. 24 avqust 2002-ci ildə Konstitusiyanın 22 maddəsinə ümumilikdə 31, 2009-cu ilin martın 18-də keçirilən referendumla Azərbaycan Respublikası Konstitusiyanın 29 maddəsinə ümumilikdə 41 əlavə və dəyişiklik edilib. 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyanın 23 maddəsinə əlavə və düzəlişlər, habelə yeni 6 maddə əlavə edilib.

Konstitusiya, ümumi hüquq sisteminin əsasını qoyaraq, bilavasitə dövlət-hüquq münasibətllərini idarə edir. 

Konstitusiya, əsas azadlıqlar, haqq və hüquqlar, konstitusion quruluşun əsaslarının qorunması funksiyasını daşıyır. 

Konstitusiya, dövlət və cəmiyyətin strateji inkişaf məqsədlərinin, arzuolunan, hədəflənən gələcək modelini müəyyən edir.  

Ölkə Prezidenti Konstitusiyanın qarantı kimi çıxış edərək, Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyünün qorunması, demokratik, dünyəvi dövlətin qurulması, iqtisadi-sosial qaydalara uyğun, hamının layiqli həyat səviyyəsini təmin etmək istiqamətində, məqsədyönlü strateji kursun həyata keçməsinə şərait yaradır.   

İnsan haqqlarının təminatı  hakimiyyətdən asılıdır, buna görə də məhkəmə-hüquq sistemindəki islahatlar həyata keçirilməlidir ki, birbaşa Konstitusiyada təsbit edilən haqqların qorunması prosesləri güclənsin, yaxşılaşsın.     

Vətəndaşların haqqları ilə yanaşı, Konstitusiya məsuliyyətləri də müəyyən edir, bu səbəbdən başqalarının haqqlarına hörmətlə yanaşmalı, Konstitusiyanı bilməli və ona hörmət edilməlidir.   

Təsadüfi deyil ki,  Prezident İlham Əliyev də dəfələrlə vurğulamışdır ki, demokratik proseslərin davamlı şəkildə aparılmadığı hansısa dövlətin iqtisadi sahədə yüksək nəticələr əldə etməsi, beynəlxalq arenada layiqli yerini tutması, dünya iqtisadiyyatına inteqrasiyası mümkün deyildir. Eyni zamanda, iqtisadi cəhətdən inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdlər uğursuzluqla nəticələnir. Məhz bu reallıqdan çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev hər iki təmayülə vəhdət şəklində yanaşılmasını vacib sayır və ölkənin uzunmüddətli inkişafını məhz demokratik və iqtisadi islahatların paralel şəkildə davam etdirilməsi şərti ilə real hesab edir. Dövlət başçısının demokratik inkişaf konsepsiyası kifayət qədər təkmil səciyyə daşıyır və inkişaf etmiş dünya dövlətlərinin təcrübəsindən qaynaqlanır. “Əsl açıq demokratik cəmiyyəti ancaq maddi rifah əsasında qurmaq mümkündür. İqtisadi cəhətdən geridə qalmış dövlətlərdə demokratik proseslər də geridə qalır. O ölkələr ki, iqtisadi cəhətdən güclüdürlər, o ölkələrdə demokratiyanın inkişafı da çox yüksək zirvədədir. Ona görə də, iqtisadi islahatların davam etdirilməsi xalqın maddi rifahının yaxşılaşdırılması, demokratik cəmiyyətin qurulması və formalaşması üçün başlıca şərtdir. Ancaq bununla bərabər, əgər sadəcə olaraq, iqtisadi məsələlərə diqqətimizi yönəltsək və siyasi islahatlarda hansısa bir yubanma olarsa, bu da Azərbaycanın qarşısında duran vəzifələrin həlli üçün bizə imkan yaratmayacaqdır. Siyasi islahatlar mütləq aparılmalı və Azərbaycan müasir ölkəyə çevrilməlidir” –  deyən Azərbaycan Prezidenti bu fikirdədir ki, demokratiya vətəndaşların sosial-siyasi, mədəni və iqtisadi rifahına, bu sahələrdə baş verən müsbət dəyişikliklərə adekvat reaksiya verməlidir.

İsmayıl YUSİFOĞLU

COP29

www.yenicag.az

6509
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv