“Can ol” 2025-ci ilin hiti oldu: Aygün Kazımovadan DAHA BİR İLK - FOTO

media-hightechnic-468x90

Artıq uzun müddətdir, “YouTube” platformasında “trend” bölümü ləğv edilib. Bunun yerinə isə “Youtube Charts” bölümü yaranıb. 

Yenicag.az xəbər verir ki, bu bölümdə isə bir il ərzində ən çox dinlənilən mahnılar yer alır.

Sözügedən siyahıda 1 illik dinlənmədə birinci yerdə Xalq artisti Aygün Kazımovadır.

Ölkənin əsas ulduzunun “Can ol” mahnısı ilin ən çox dinlənilən ifası olub. Mahnı 38,1 milyon dəfə dinlənilib. Bəstə “YouTube”da 42 milyondan çox baxış toplayıb.  media-whatsapp-gorsel-2025-12-08-saat-12-20-16_60f69333

Pop kraliçanın daha bir mahnısı ilk onluğa daxil olub. Belə ki, dünya trendinə düşən və yayımlandığı gündən dillər əzbəri olan “S.O.S” siyahıda yeddinci yerdədir. Mahnının “YouTube”da baxışı 56 milyonu ötüb.  media-whatsapp-gorsel-2025-12-08-saat-12-20-16_05eaa642

Qeyd edək ki, “Can ol” mahnısının müəllifi YAP10, “S.O.S”un isə musiqisi Kazım Can, sözləri Orxan Qarabasmaya (OGB) nəxsusdur.

Cəvahir

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa