!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Könül Xasıyevadan 1 milyon iddiasına cavab: "Polis həll etdi"

!Reklam – Yazi

Tanınmış xanəndə, xalq artisti Könül Xasıyevaya 1 milyon 200 min manat pul “atıldığı” barədə iddialar səsləndirilib.

İddialara görə, xalq artistinə bir müddət öncə tanıdığı şəxs tərəfindən ortaq biznes qurmaq təklifi edilib. Sənətkar əvvəlcə təkliflə razılaşmasa da, sonradan müsbət cavab verib.

İddiaya görə, biznes Gürcüstanda qurulmalıymış. Əldə edilən razılaşmaya əsasən, “şərik” qonşu ölkədə qurulacaq biznesin təşkilati tərəflərini həll etməli, aidiyyatı dövlət qurumlarıyla əlaqələr yaratmalı, xalq artisti isə maliyyə ayırmalıymış. Amma “şərik” pulu Xasıyevadan alandan sonra yoxa çıxıb.

Yenicag.az-a açıqlama verən K. Xasıyeva xəbərin yalan olduğunu bildirdi:

“Ağ yalandır. Nə biznes, nə pul? Mənim heç vaxt biznes qurmaq barədə fikrim olmayıb. Şəxsi problemim olub, bunu da polis vasitəsi ilə həll etmişəm. Xahiş edirəm, adımdan yalan xəbərlər yazmayın. Bir vaxtlar ölüm xəbərimi də yaydılar. Ayıbdır”.

Xatırladaq ki, xəbəri ölkə.az saytı yayıb.

Cəvahir

COP29

www.yenicag.az

2513
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv