Çinin Uxan şəhərindən yayılan yeni növ koronavirus bütün dünyanı təhdid etməkdə davam edir.
Yenicag.az Qadinklubu-na istinadən ölümcül virusla bağlı doğru bilinən yanlışları təqdim edir:
Koronavirus yeni peyda olan ən təhlükəli virusdur! (Səhv)
Əvvəla bu virus yeni deyil. Koronavirus ilk dəfə 2012-ci ildə İordaniya və Səudiyyə Ərəbistanında meydana gələn, 2003-cü il SARS (Şiddətli Kəskin Tənəffüs Sindromu) və MERS (Orta Şərq Respirator Sindromu) hadisələrindən yaranan virusdur. Koronavirus təhlükəli bir xəstəlikdir ancaq dünyada ən təhlükəli xəstəlik olduğunu deyə bilmərik.
Koronavirusa tutulanlar həyatlarını itirəcəklər! (Səhv)
Hər koronavirus xəstəsi ölmür. Bu nisbət gözlənildiyi qədər yüksək deyil. Normal qrip xəstəliyindən ölənlər, koronavirusdan ölənlərdən 60 dəfə daha çoxdur. Koronavirus tutulan ölümcül vəziyyətdə olan xəstələr ümumiyyətlə onlar hər hansısa xəstəlikdən və yaşlı olduğundan zəif olan insanlardır. Bu insanlar virusdan qorunmağa daha çox diqqət yetirməli və immunitetlərini gücləndirməlidirlər.
Xəstə şəxsdən bir az uzaq dursa yetər! (Səhv)
Əvvəlcə Ümumdünya Səhiyyə Təşkilatından bildirilib ki, simptomları olan insanlardan (öskürək, asqırma, burun axması, yüksək qızdırması olanlardan) 1 metr məsafədə uzaq durmaq lazımdır. Sözügedən xəstəlik simptomu olan şəxsdən ən azı 2 metr məsafədə uzaq durmaq lazımdır. Bundan əlavə gigiyena qaydalarına əməl etmək mütləqdir.
Koronavirusdan qorunamaq mümkün deyil! (Səhv)
Lazımı tədbirləri görəndə qorunmaq mümkündür. Xəstəlik əsas öskürək və asqırma ilə ətraf mühitə sıçrayır. Bunun üçün tənəffüs yolu infeksiyalarından qorunma tədbirlərinə riayət edilməsi tövsiyə olunur. Ən birinci şərt insanla təmasdan yayınmaqdır.
Yaxın təmas dedikdə xəstədən 2 metr uzaq məsafədə olmaq vacibdir. Virus öskürək, asqırma, öpüşmə, qucaqlaşma zamanı hava damlacıqları ilə yaxınlıqdakı insanın ağzına, buruna, göz mukozasına çata bilər.
Əl gigiyenası bütün xəstəliklərdə olduğu kimi koronavirusda da vacibdir. Əllər yuyula bilməzsə, spirt tərkibli dezinfeksiya edici vasitələrə üstünlük verilməlidir. Öskürərkən və ya asqırarkən, ağızınızı və burnunuzu dirsəyinizlə və ya bir kağız dəsmalla bağlayın sonra dəsmalı bağlı bir zibilə qabına atın və əllərinizi yuyun. Qrip simptomları olan insanlar məsələn soyuqdəyməsi, qızdırması və ya öskürəyi olanlardanə sıx təmasdan çəkinin. Bu simptomları hiss etsəniz dərhal həkiminizə müraciət edin.
Qorunmamın tək yolu xüsusi maskalar və geyimlərdir! (Səhv)
Maskalar və xüsusi paltarlar ümumiyyətlə xəstəliyin mütləq göründüyü yerlərdə tətbiq olunur. Bunlardan başqa gündəlik həyatda onlara ehtiyac yoxdur. Ancaq insanlar ehtiyat tədbirləri olaraq hələ də toplu ərazilərdə maskalardan istifadə edə bilərlər. Yuxarıdakı qorunma üsullarına əməl olunarsa, koronavirusdan qorunmaq mümkündür.
Əllləri yumaq kifayət edir! (Səhv)
Əl gigiyenası koronavirusdan qorunmaq üçün vacibdir lakin tək başına kifayət deyil. Digər qorunma tövsiyələrinə də diqqət yetirmək lazımdır.
Maskanı bir neçə dəfə istifadə etsəm, bir şey olmaz! (Səhv)
Maskalar ümumiyyətlə birdəfəlik istifadə olunur. 2 dəfə istifadə edilməməlidir.
Çindən gələn heç bir şeyi istifadə etmək olmaz! (Səhv)
Koronavirusu uzun müddət yolda qalan quru məhsullarda nəql etmək mümkün deyil. Qeyd etdiyimiz kimi virus insandan insana yaxın təmasda olur.
Heyvanlardan uzaq durmaq lazımdır! (Səhv)
Virus ilk etapda heyvanlardan keçsədə, xüsusilə ev heyvanları üçün indiki halda belə bir vəziyyət mümükün deyil.
Bu qidalar koronavirusdan qoruyur! (Səhv)
Hal-hazırda heç bir qidanı koronavirusdan qorumaq mümkün deyil. İnsanlar bir qidaya diqqət yetirməkdənsə, ümumiyyətlə sağlam qidalanaraq immunitetlərini güclü saxlamalıdırlar.
www.yenicag.az