Cənubi Amerika COVİD-19-un yeni qlobal episentri olub.
Yenicag.az xəbər verir ki, bunu mətbuat konfransı zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar üzrə rəhbəri Mayk Rayan deyib.
M.Rayan bildirib: “Cənubi Amerika bu xəstəliyin yeni episentrinə çevrilib. Biz Cənubi Amerikanın bir çox ölkəsində yoluxma hallarının artdığını görürük”.
Qeyd edək ki, hazırda Braziliya dünyada koronavirusa yoluxma hallarına görə üçüncü yerdə qərarlaşıb. Burada 314,7 min yoluxma halı, 20,2 ölüm halı qeydə alınıb. Peruda koronavirusa yoluxanların sayı 108,7 minə çatıb, koronavirusdan 3,1 mindən artıq insan ölüb. Çilidə 61,8 min yoluxma halı, 630 ölüm halı qeydə alınıb. Ekvadorda 35,8 min insanda koronavirus aşkarlanıb, 3 mindən artıq insan ölüb.
www.yenicag.az