!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Koronavirusa və dünyaya meydan oxuyan İsveç: “Orada virusa yoluxanların sayı artsa...”

!Reklam – Yazi

“Nəzərə almaq lazımdır ki, söhbət insanların sağlamlığından, həyatından gedirsə, bütün qabaqlayıcı tədbirlər görülməlidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında dünya ölkələrinin koronavirus təhlükəsinə qarşı tədbirləri gücləndirdiyi bir vaxtda İsveç hökumətinin pandemiya riskini ciddiyə almayaraq, xüsusi addımlar atmayacağını bəyan etməsinə münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib.

Elxan Şahinoğlunun sözlərinə görə, İsveçdə koronavirusa yoluxanların sayı artsa, hökumət bu təhlükəni ciddiyə almamaq siyasətini dəyişməli olacaq.

Həqiqətən, Avropanın bir neçə dövləti mövcud qlobal təşviş fonunda koronavirusla mübarizə üçün xüsusi tədbirlərin görülməsinə qarşıdır.

O sırada olan azsaylı dövlətlərin arasında Böyük Britaniya və İsveç xüsusilə, seçilirlər. Böyük Britaniyada belə bir fikir yayılıb ki, ölkədə virus yayılmadan hansısa tədbirlərə əl atmaq mənasızdır.

Görünür, İsveç hökuməti belə hesab edir ki, virus təhlükəsi yüksək səviyyədə olmadığı üçün insanların sərbəstliyini məhdudlaşdırmaq doğru deyil.

Ancaq nəzərə almaq lazımdır ki, söhbət insanların sağlamlığından, həyatından gedirsə, bütün qabaqlayıcı tədbirlər görülməlidir. Ona qalsa, Fransa, Almaniya, İtaliya da demokratik ölkələrdir. Amma orada koronavirus təhlükəsinə maksimum ciddi yanaşılır.

Mənə belə gəlir ki, İsveçdə koronavirusa yoluxanların sayı artsa, hökumət bu təhlükəni ciddiyə almamaq siyasətini dəyişməli olacaq”.

Aqil Bəkir

COP29

www.yenicag.az

838
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv