Koronavirusa yoluxanların sayı ARTDI

media-hightechnic-468x90

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 697 yeni yoluxma faktı qeydə alınıb, 526 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 633 731 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 612 292 nəfər müalicə olunaraq sağalıb, 8 610 nəfər vəfat edib, aktiv xəstə sayı 12 829 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 851, ötən müddət ərzində isə ümumilikdə 6 065 279 test aparılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600