!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Koronavirusdan qorunmaq üçün göz gigiyenası xəbərdarlığı

!Reklam – Yazi

Kontakt linzaları istifadə edənlər koronavirusdan qorunmaq üçün gigiyenaya xüsusi diqqət yetirməlidir.

Yenicag.az xəbər verir ki, Türk Oftalmologiya Birliyi infeksiyanın ağız, burun və gözlərdən keçdiyini nəzərə alıb koronavirus xəstəliyində göz gigiyenasına daha çox diqqət yetirilməli olduğumuzu qeyd edib.

Kontakt linza taxanların gözlərlə daha sıx təmasda olduqlarını ifadə edən türk oftalmoloq Ərdal Yüzbaşıoğlu, “Kontakt linza taxanlar gigiyena qaydalarına hər zamankindən daha çox diqqətlə riayət etməlidirlər. Virusun səthlərdə yaşaya biləcəyini nəzərə alsaq, linza taxarkən əlləri yuyub qurudandan sonra heç bir yerə toxunmamalıdır və başqasının linzaları sınaq məqsədilə də taxılmamalıdır.” deyə xəbərdarlıq edib.

“Gəlin əllərimizin təmiz olduğundan əmin olmayaraq heç vaxt ağız, burun və gözümüzə toxunmayaq. Əllərimizi tez-tez və düzgün şəkildə sabunla yuyub və ən azı 20 saniyə ərzində, barmaqların uclarını, barmaqları və dırnaqları arasında təmizləyək. Başqaları ilə ünsiyyət qurarkən sosial məsafə deyilən bir məsafə saxlayaq. Ağzımızda maska olsa da, çirklənmənin qarşısını almaq üçün diqqətli olaq. İzdihamlı yerlərdən uzaq olaq. Xəstəliyin bu günə qədər bilinən müalicəsi və peyvəndi olmadığından immunitetimizi güclü saxlayaq.”

www.yenicag.az

1375
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv