Kralın səhhəti pisləşib

media-hightechnic-468x90

67971Səudiyyə Ərəbistanın kralı Abdullah bin Əbdüləziz Al-Səud xəstəxanaya yerləşdirilib.

Kralın səhhətində ciddi problemlər yarandığından ər-Riyad şəhərindəki xəstəxanada tibbi müayinə olunur.

Lakin Kral Sarayının televiziya ilə yayımlanan bəyanatında onun səhhətilə bağlı hər hansı bir açıqlama verilməyib.

90 yaşlı Abdullah ölkəni 2005-ci ildən bəri idarə edir.

Qeyd edək ki, son aylar Səudiyyə Ərəbistanı kralının səhhətinin pisləşməsi ilə bağlı xəbərlər yayılıb. Kral, hətta ABŞ prezidenti Barak Obama ilə görüşərkən tənəffüs borusundan istifadə etməli olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600