!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kraliyyət ailəsində geylərin toyu - FOTO

!Reklam – Yazi

Kraliça II Yelizavetanın yaxın qohumu kraliyyət ailəsində ilk eynicinsli nikahla tarixə düşəcək.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, 55 yaşlı lord İvar Mauntbatten 16 illik evlilikdən sonra ərə gedir. Maraqlıdır ki, keçmiş həyat yoldaşı və üç uşağı da lordun bu qərarına müsbət yanaşıblar.

Mauntbatten gələcək həyat yoldaşı 55 yaşlı Ceyms Koylla üç il əvvəl İsveçrədə Vebye dağ xizək kurortunda tanış olub. Lakin cütlük indiyədək bu münasibəti gizlədib.

İlk gey toy mərasiminin bu yay fəslində baş tutacağı gözlənilir. Bu mərasimə yalnız yaxın qohumlar dəvət olunub. Kişiləri nikah mərasimində Mauntbattenin keçmiş həyat yoldaşı Penni müşayiət edəcək.

Məlumata görə, bu toy mərasimi adət-ənənədən uzaq olacaq. Belə ki, cütlük smokinq geyinməyəcək, ilk rəqslərini etməyəcəklər, tort yerinə isə toyda qonaqlara pendir verəcəklər.

COP29

www.yenicag.az

1986
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv