!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Kreditini ödəyə bilməyən İlkin koronavirusdan qisasını belə aldı:Yarasaları…”

!Reklam – Yazi

“Haradasa bir çinli yarasa yeyəcək deyə, burada aylarla işsiz qalıb ölməliyəm? Ona görə də harada yarasa görürəm öldürürəm”.

Bunu tanınmış aktyor İlkin Misgərli yarızarafat-yarıgerçək Yenicag.az-a açıqlamasında deyib.

Aktyor pandemiya üzündən digər sənət adamları kimi maddi sıxıntılar yaşadığını bildirib:

“Mart ayından işlərimiz dayanıb, oturub gözləyirik ki, nə vaxt işimiz açılacaq. Maaş yox, maddi çətinliklər təbii ki, var. Hamı kimi mənim də kreditim var. Yeni mənzilə köçmüşəm, evə avadanlıqlar aldım. Pul tapanda krediti ödəyirəm, tapmayanda ödəmirəm. Deyirəm, gözləyin, tapanda verərəm. Yenə sağ olsun komandamız, bir-birinə əl tutur”.

Aktyor Qılman həkimin də artıq bu koronavirusla bacarmadığını deyib:

“Qılman həkim neyləsin, o bir kənd həkimidir. Dünya alimləri bu koronavirusa bir çarə qıla bilmirsə, yazıq Qılman hardan çarə qılsın?Qılman öz başına çarə qıla bilmir indi, o ki qaldı koranavirusa”.

Cəvahir

www.yenicag.az

4292
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv