Kreml ocağinda yanan “odun”
Rusiyada Şirvanşahları səfir statusunda təmsil edən Fərrux Yasər Şirvanşahin əyanlarindan Həsənbəy adlı birisi olub.Ruslarla ilk diplomatik münasibət buradan başlayır.
Bu 1465 ci ildə baş verib…
Şirvanşahlar ruslarla diplomatik əlaqəni o zamanin bir dərəbəyi kimi, daha dəqiq ifadə etsək, türk tayfaları və islamla gizli düşmənçilik məqsədi ilə qurmağa başlamişdılar. Ruslar isə Vasili Panin adlı birisini Şirvana səfir göndərirlər..
Bəkə də daha öncə nələrsə olub, ancaq bu gun əldə olan tarixi mənbələr bu faktı qeyd edir.
…1460 cı ildə Şeyx Cuneyid Şirvana yürüş etmişdi və Şirvan hökümdarı Xəlilullah bu savaşda qalib olmuşdu.. Şeyxin başını Anadoluda görk olaraq numayiş etdirmişdilər..
..1488 ci ilə Şeyx Cüneydin oğlu Şeyx Heydər də.. Şirvana yürüş etdi, o da başinı verdi bu savaşda.. Şeyx Heydərin başı da görk olaraq sərgiləndi. Ancaq bu zaman Şirvan Şahı Fərrux Yasər idi..
1500 ci il… Şahgəldi bəy Fərrux Yasərin başını Cüneyidin nəvəsi, Şeyx Heydərin oğlu Şah İsmayıl Xətaiyə gətirir.
Şirvanlılar Gülüstan qalasında ciddi muqavimət göstərə bilirlər. Şah İsmayıl “dövlətin sütunları “-Hüseyn bəy Lələni, Məhəmməd bəy Ustaclını, Əbdi bəy Şamlunu, Hadim bəy Hulafəni, Qara Piri bəy Qacarı yanına çağirıb soruşur ki, “Siz Azərbaycan taxtını , yoxsa Gulustan qalasını istəyirsiniz?”
Onlar “Azərbaycanı istəyirik” deyirlər.
Və Şirvan şahları tarixdən birdəfəlik olaraq silinirlər..
Taxt tacdan məhrum olanlarin gizli savaşı başlayir.
Azərbaycanin həm baş bəlası , həm tacı olan bu ərazilərdə nə varsa, xəyanət də, qorxu da, təhlukə də burdan qaynaqlanib son yuzilliklərdə. Dəmir qapi Dərbənd itiriləndən sonra isə hər şey bitib sadəcə.
Kəsrani törəmələrindən olan 1382-1417 ci illərdə Şirvan şahi olan Dərbəndilər sülaləsinin ilki,1 İbrahimin ən yaxin dostları Moskva knyazları idi..
Kremlin tikintisində çalişan ustalar onun sərancamı ilə göndərilmişlər.
Kremlin əsasını qoyan knyazlara o zaman “böyük qardaş” kimi baxan, turk düşməni, Azərbaycan bəlalarına qapi açan Mehrani, Kəsrani, Kəyani cocuqlarını tanımasaq, cətin ki, gələcəyimizə aydin hədəflər gətirə bilək.
Millətlər də ağaclar kimidir..
Kimisi meyvə verər, kimisinin kölgəsində oturular..
Kimisinin tikanından qaçilar…
Kimisi də odun kimi doğranar..
Bar verən meyvələrin qurdu çox olar..
Zamaninda baxmasan o qurdlar ağacı məhv edəcəklər.
Gərəksiz ağac isə yalnız ODUN ola bilər..
İdris Heydərli