Kreml “Rus Evi”nin bağlanmasına münasibət bildirdi

media-hightechnic-468x90

Rusiya hakimiyyəti Kişinyovdakı “Rus Evi”nin tezliklə bağlana biləcəyindən təəssüflənir. 

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

“Moldova rəhbərliyinin əhalinin əhəmiyyətli hissəsinin zərərinə Rusiyanı inkar etməkdə davam etməsi utancvericidir. Yalnız təəssüf hissini ifadə etmək olar”, – Kreml sözçüsü bildirib.

Noyabrın 5-də Moldova Nazirlər Kabineti Rusiya Palatasının fəaliyyəti ilə bağlı sazişin denonsasiyasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Sənəd baxılmaq üçün parlamentə təqdim edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa