!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kremlin Ukrayna ilə bağlı yeni SİYASƏTİ: “Müharibə uzun müddət davam edəcək”

!Reklam – Yazi

“Rusiya Ukrayna ərazisində işğalı genişləndirməyə çalışır. Moskvanın əsas məqsədi qanunsuz olaraq, Rusiyaya birləşdirdiyi 4 bölgənin – Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin inzibati sərhədlərinə çıxmaqdır. Yəni Rusiya bu işğalla ərazilərin özünə aid olmasını rəsmiləşdirməyə çalışır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Poliotoloq Rusiyanın Donetsk vilayətinin Vuqledar qəsəbəsi yaxınlığında hərbi aktivliyini gücləndirməsindən sonra Kremlin Ukrayna ilə bağlı yeni siyasətinin motivlərini izah edib.

E. Şahinoğlu söyləyib ki, sadalanan 4 vilayətin işğalından sonra Rusiya ordusunun dayanacağını demək yanlış fikirdir:

“Çünki tez-tez rus ictimai-siyasi rəyində Xarkov və Odessa şəhərlərinin də adı çəkilir və orada rusdilli əhalinin çox olması səbəbi ilə bu bölgələrin də Rusiyaya aid olması fikirləri səsləndirilir. Yəni Rusiya bu işğalla kifayətlənməyəcək və Ukraynanı belə müstəqil dövlət kimi tanımır. Ona görə də Ukrayna müqavimətini davam etdirir ki, Rusiya işğal etdiyi ərazilərin arealını genişləndirə bilməsin”.

O əlavə edib ki, bu gün Rusiyanın özündə də ciddi problemlər yaranıb:

“Çünki Ukrayna ordusu Kursk istiqamətində Rusiya ərazilərinin bir hissəsinə nəzarət edir. Bu məsələ də özünün həllini tələb edir. Bütün hallarda isə müharibə uzun müddət davam edəcək. Baxmayaraq ki, Ukrayna prezidenti Volodimir Zelenski BMT-də çıxışlar edir, ikitərəfli görüşlər keçirir, hansısa həll planını digər dövlətlərin liderlərinə tanış etməyə çalışır, amma o da başa düşür ki, müharibə davam edəcək. Əgər Qərb ölkələri Ukraynaya hərbi dəstəyi dayandırarlarsa, bu, Rusiyanın işğalının genişlənməsinə şərait yaradacaq”.

Xatırladaq ki, Rusiya ordusunun Vuqledar qəsəbəsi ətrafında hərbi təzyiqini artırması Qərb mediası tərəfindən Ukrayna dövlətinin qırılma nöqtəsi kimi qələmə verilir. Analitiklər hesab edirlər ki, Mariupol, Baxmut və Avdeyevkadan sonra Vuqledarın ələ keçirilməsi Ukrayna üçün vəziyyətin daha gərginləşmsəi anlamına gəlir.

Rafi Müslümov

www.yenicag.az

237
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv