KTMT Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinə tərəfdardır
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələr Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə bağlanmasının tərəfdarıdır.
Yenicag.az xəbər verir ki, bu barədə KTMT Şurasının Kremlin saytında dərc olunmuş bəyannaməsində deyilir.
“Biz Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında fəal dövlətlərarası dialoqu məmnunluqla qeyd edirik. Biz hərtərəfli nizamlanmanın və tərəflər arasında qeyd-şərtsiz sülh müqaviləsinin tezliklə bağlanmasının tərəfdarıyıq”, – deyə bəyanatda bildirilir.
Qeyd edək ki, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbəti












